Premyer Liqa təmsilçisini Xorxe Kasqilya çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İmişli"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Xorxe Kasqilya çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə klubu portuqaliyalı məşqçi ilə 1 mövsümlük müqavilə imzalayıb.

Xorxe Kasqilyanın "İmişli"dəki köməkçiləri də məlumdur. Kriştianu Duraeş və Gilyerme Kadete köməkçi məşqçi, Elşad Tahirov qapıçılar, Ulian Qoqa isə fiziki hazırlıq üzrə məşqçi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest