Azərbaycan - Ukrayna oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan Ukrayna yığması ilə qarşılaşacaq.
Matc.az xəbər verir ki, sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.
8 sentyabr
Azərbaycan milli komandası
10:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq ("Liv Bona Dea Arena")
12:00. Mətbuat konfransı ("Liv Bona Dea Arena")
Ukrayna milli komandası
17:30. Mətbuat konfransı (Tofiq Bəhramov adına Respublika Stadionu)
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Tofiq Bəhramov adına Respublika Stadionu)