"Liverpul"un italiyalı vingeri Federiko Kyesa karyerasını "Beşiktaş"da davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat verib.

Bildirilir ki, "Liverpul" futbolçunu buraxmağa hazırdır, ancaq bir şərtlə ki, bu, icarə deyil, tam satış olsun.

Qeyd edək ki, Kyesa 2024-cü ilin yayında "Liverpul"a keçib. Bu müddət ərzində 27 yaşlı italyan bütün turnirlərdə 17 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Kyezanın "Liverpul"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Onun transfer dəyəri 14 milyon avro olaraq qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest