07 Sentyabr 2025, 15:46
FUTBOL
"Barselona" və Erik Qarsiya müqavilənin uzadılmasını müzakirə edirlər.
Matc.az xəbər verir ki, bu barədə "Diario SPORT" məlumat yayıb.
Qarsiyanın Kataloniya klubu ilə müqaviləsi gələn yaya qədərdir. "Transfermarkt" onu 18 milyon avro qiymətləndirir.
Bu mövsüm La Liqada ispaniyalı müdafiəçi "Barselona"nın bütün oyunlarına start heyətdə başlayıb.
Ötən mövsüm isə o, 45 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.