07 Sentyabr 2025, 14:12
FUTBOL
"Fənərbaxça"nın prezidenti Ali Koç müdafiəçi Aleksandr Cikunun komandadan ayrılması ilə bağlı fikrini dəyişib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Aydın Cengiz paylaşıb.
Bildirilir ki, Ali Koç son anda Cikunu satmamaq qərarına gəlib.
Daha əvvəl mətbuatda futbolçunun "Spartak"a keçməyə yaxın olduğu barədə məlumatlar yayılmışdı. Rusiya klubu 31 yaşlı müdafiəçi üçün "Fənərbaxça"ya 2 milyon avro ödəyəcəyi barədə xəbərlər yayılmışdı. Futbolçu ilə 2027-ci ilə qədər müqavilə imzalanacağı vurğulanıb.