DÇ-2026-nın 7-ci turunda Nigeriya ilə Ruanda arasında keçirilən qarşılaşmada Viktor Osimhen zədə alıb.

Matc.az xəbər verir ki, görüşün 27-ci dəqiqədə zədələnən "Qalatasaray"ın ulduz futbolçusu oyunu davam etdirə bilməyib və 36-cı dəqiqədə Sirel Desserslə əvəzlənməli olub.

Nigeriyalı ulduz futbolçunun zədəsinin nə qədər ciddi olduğu dəqiq bilinmir.

Qeyd edək ki, "Qalatasaray" bu yay Osimheni 75 milyon avro təzminatla "Napoli"dən birdəfəlik transfer edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest