25 İyun 2025, 10:32
MPL
"Sumqayıt" Futbol Klubu ilə müqavilə müddəti başa çatan yarımmüdafiəçi Murad Xaçayev ilə yollar ayrılıb.
Matc.az xəbər verir ki, klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2018-ci ildən "Sumqayıt"ın formasını geyinən Murad Xaçayev bu müddət ərzində bütün turnirlər daxil olmaqla 176 oyun keçirib. Xaçayev bu oyunlarda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.