25 İyun 2025, 13:16
MPL
2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək "İmişli" klubu beş futbolçusu ilə yollarını ayırıb.
Matc xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovun başa çatan müqavilələrinin müddəti uzadılmayıb.
Qeyd edək ki, "İmişli" 2024/2025 mövsümündə I Liqada ikinci yeri tutub.