Müqaviləsi başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov "Kəpəz"i tərk edib.
Müqaviləsi başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov "Kəpəz"i tərk edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib. Turandan fərqli "Kəpəz"də ikinci mövsümünü keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi 2022-2023-cü illər mövsümdə komandamızda 28 oyunda 2 dəfə fərqlənib. Klubda icarə əsasında çıxış etmiş Camal Cəfərov da "Kəpəz"də ikinci mövsümünü keçirib. Orta xətt oyunçusu son çempionatda 31 matçda 2 qolla yadda qalıb. Bundan əvvəlki mövsümdə Cəfərov "sarı-göylər" adına 11 oyuna çıxıb.