30 İyun 2025, 13:16
MPL
“Neftçi” PFK ilə İtaliyanın məşhur brendi “Kappa” idman geyim malları şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Anlaşmanın müddəti 2 ildir. Razılaşmaya əsasən, “Kappa” “Neftçi” PFK-nın əsas komandası üçün 3 eksklüziv dizaynlı oyun forması, həmçinin məşq və nümayiş dəstləri hazırlayacaq. Bundan əlavə, əsas, əvəzedici, qadın və akademiya komandaları “Kappa” istehsalı olan geyim dəstləri ilə təchiz ediləcək.
Tezliklə klubun “Neftçi Arena”dakı fan mağazasında bu geyim dəstlərinin azarkeşlər üçün fiziki və onlayn satışı da təşkil olunacaq.