07 İyul 2025, 12:58
MPL
"Qarabağ" Avstriya təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Matc.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ukraynanın "Metalist 1925" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan çempionunun 4:5 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam təmsilçisinin qollarını Nəriman Axundzadə (2), Aleksey Kaşuk və Emmanuel Addai vurub.
Qeyd edək ki, "Qarabağ" Avstriyada növbəti hazırlıq matçlarını "Zalzburq" və "Tvente"yə qarşı keçirəcək.