09 İyul 2025, 17:07
FUTBOL
"Başakşehir" "Roma"nın hücumçusu Eldor Şomuradovun keçidini həll edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul klubu "Roma"ya bonuslarla birlikdə 5,7 milyon avro təzminat ödəyəcək. Özbəkistanlı forvard "Başakşehir"lə 2+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Roma" Eldor Şomuradovu 2021-ci ilin yayında "Cenoa"dan transfer edib. 30 yaşlı futbolçu ötən mövsüm A Seriyaası təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 7 qol vurub, 5 qol ötürməsi edib.