Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Vorskla" Bakıya 22 futbolçu ilə gəlib. Matç.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, baş məşqçi Vasili Saçkonu bir neçə itki narahat edir.

Belə ki, Aleksandre Kobaxidze, Geqam Kadimyan və Denis Vasin sabahkı qarşılaşmada iştirak etməyəcək. Həmçinin braziliyalı müdafiəçi Arturun da iştirakı sual altındadı. Zədədən əziyyət çəkən sol cinah oyunçusunun durumuna sabah  aydınlıq gələcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Vorskla" görüşü 20:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest