16 İyul 2025, 18:36
FUTBOL
Baş məşqçi Zaur İsmayılov iyulun sonuna qədər olan müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
"Araz-Naxçıvan"ın əvəzedici komandası hazırlığını gündə bir dəfə olmaqla paytaxtda davam etdirir.
Matc.az xəbər verir ki, baş məşqçi Zaur İsmayılov iyulun sonuna qədər olan müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
Əvəzedicilər iyulun 19-da Premyer Liqanın debütantı “İmişli”, ertəsi gün “Şamaxı-2” il gücünü sınayacaq. “Qırmızı-ağlar”ın ikinci komandası növbəti matçını iyulun 26-da “Neftçi-2”yə qarşı keçirəcək.