26 May 2026, 19:27
FUTBOL
"Sabah" qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qazaxıstanlı qolkiperlə yeni müqavilənin müddəti 1 ildir.
Stas 2025-ci ilin yanvar ayından "Sabah"ın uğurları üçün çalışır. 33 yaşlı qapıçı komandanın heyətində 61 oyun keçirib, bir dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunun qalibi olub.













