"Şamaxı" ukraynalı mərkəz müdafiəçisi Vladislav Veremeyevin başa çatan müqaviləsi yenilənməyib və tərəflər vidalaşıb.

"Şamaxı" heyətdəki ciddi ixtisarları davam etdirir. Bölgə klubu daha bir futbolçusu ilə yollarını rəsmən ayırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Komandanın ukraynalı mərkəz müdafiəçisi Vladislav Veremeyevin başa çatan müqaviləsi yenilənməyib və tərəflər vidalaşıb.

2025-ci ilin yanvar ayından bəri "Şamaxı"nın uğurları üçün tər tökən legioner artıq azad agent statusu daşıyır.

Qeyd edək ki, "Şamaxı" cari mövsümün sonunda heyətində əsl "təmizlik" əməliyyatına start verib. Şamaxılılar bunadək Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov və Rafael Məhərrəmli olmaqla ümumilikdə 11 futbolçu ilə vidalaşmışdı. Veremeyevin gedişi ilə bu say 12-yə yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest