"Liverpul"dan ayrılan Arne Slot "Milan"ın sükanı arxasına keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Saşa Tavoleri məlumat yayıb.

İtaliya klubunun rəhbərliyi 47 yaşlı niderlandlı mütəxəssisi baş məşqçi postuna əsas namizəd hesab edir.

"Milan" eyni zamanda Ramon Planesi idman direktoru vəzifəsinə gətirmək istəyir. Əvvəllər "Barselona"da fəaliyyət göstərmiş ispan funksioner 2024-cü ildən bəri "Əl-İttihad"da oxşar vəzifəni icra edir.

Xatırladaq ki, "Milan" Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün baş məşqçi Massimiliano Alleqrini postundan kənarlaşdırıb. Yeni çalışdırıcı axtarışları isə rəhbərlik üçün asan keçmir; klub artıq Andoni İraola və Xavi Hernandezdən rədd cavabı alıb.

Arne Slot isə bu gün "Liverpul"la yollarını ayırıb. Bu qərar rəhbərliyin cari mövsümün nəticələrini dəyərləndirməsindən sonra qəbul olunub. 2024-cü ilin yayında "Liverpul"da Yurgen Kloppu əvəzləyən niderlandlı mütəxəssis, debüt mövsümündə komandaya Premyer Liqa çempionluğunu qazandırmışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest