"Sabahkı oyun bizim üçün çox vacibdi". Matç.az saytı xəbər verir ki, bu sözlər "Vorskla"nın vitse-kapitanı İqor Perduta məxsusdu.
28 yaşlı müdafiəçisi Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la sabah keçiriləcək oyunöncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bildirib.
Perduta Bakıya iddialı gəldiklərini vurğulayıb: "Qarabağ" çox güclü komandadı. Dəfələrlə ölkə çempionu olub, ötən mövsüm çempionlar Liqasında iştirak edib. Avrokubok təcrübələri var. ümid edirəm ki, sabahkı matçdan azarkeşlər zövq alacaqlar".
- Bir neçə ay idi ki, maaşınızı ala bilmirdiniz. Nəhayət, klub borcunu ödəyib. Bu, sabahkı oyun üçün əlavə stimul olacaqmı?
- Klub prezidenti həmişə çalışır ki, ödəməni vaxtında etsin. Bəzən müəyyən nüanslar olur. Komandada hər şey qaydasındadı, heç bir problem yoxdu.
- Rəqibin hansı xüsusiyyətlərini fərqləndirərdiniz?
- "Qarabağ" çox güclü komandadı. Hücum xətti çox sürətlidi. Mərkəz hücumçuları İnnosent Emeqara, həmçinin cinah oyunçuları Mahir Mədətov və Abdullah Zubiri fərqləndirərdim. Ancaq biz də vətənə qələbə ilə dönmək əzmindəyik.