Litva yığmasının bu ay UEFA Millətlər Liqasında keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, 23 nəfərlik heyətdə tanış sima da var.

Belə ki, baş məşqçi Edqaras Yankauskas "Keşlə"nin müdafiəçisi Edvinas Qirdvaynisə də dəvət göndərib. O, Rumıniya və Monteneqro ilə qarşılaşmalarda millisinə kömək edə biləcək.

Qeyd edək ki, Litva oktyabrın 11-də Rumıniya, bundan 3 gün sonra isə Monteneqro ilə üz-üzə gələcək.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest