Bu gün Avropa Liqasında qrup mərhələsinin I dövrəsinə yekun vurulacaq. Matç.az saytı xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" III turda Ukraynanın "Vorskla" klubu ilə qarşılaşıb.

Qurban Qurbanovun yetirmələri dövrənin son matçını doğma azarkeşlər önündə keçirib. Bakı Olimpiya Stadionundakı matça təmsilçimiz daha fəal başlayıb.

Ağdam təmsilçisi oyunboyu üstünlüyə malik olsa da, təhlükəli əks-hücumları ilə diqqət çəkən qonaqlar hesabı açıb. İkinci hissənin əvvəlində Poltava təmsilçisi oyunun taleyini həll edən qola imza atıb.

Beləliklə, ilk iki oyunda "Sportinq" (0:2) və "Arsenal"a (0:3) uduzan çempionumuz bu dəfə də meydanı qolsuz və xalsız tərk edib.

Avropa Liqası

Qrup mərhələsi, E qrupu
III tur, 25 oktyabr

"Qarabağ" (Azərbaycan) – "Vorskla" (Ukrayna) - 0:1

Qol: Vladislav Kulaç, 48
Bakı Olimpiya Stadionu. Baş hakim: Roy Reinşreyber

"Qarabağ": 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel Madera, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 28. Con Delarj, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

"Vorskla": 1.Boqdan Şust, 4. İqor Perduta, 5. Nacib Yakubu, 6. Aleksandr Sklyar, 10.Vladislav Kulaç, 11.Vyaçeslav Şarpar, 17. Vladimir çesnakov, 23. Vadim Sapay, 26. Yuri Kolomoeç, 44. Ardin Dalku, 82. Pavel Rebenok

Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 8. Artem Qabelok, 9. Mixail Serqiyçuk, 13. Maryan Mısik, 14. Nikolas Kareka, 19. Vladimir Odaryuk, 33. Aleksandr çijov

Baş məşqçi: Vasili Saçko

1

Arsenal

3

3

0

0

8-2

9

2

Sportinq

3

2

0

1

4-2

6

3

Vorskla

3

1

0

2

4-6

3

4

Qarabağ

3

0

0

3

0-6

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest