"Borussiya" baş məşqçi Niko Kovaçın müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

Dortmund təmsilçisi xorvatiyalı mütəxəssislə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Niko Kovaç bu ilin fevral ayında "Borussiya"nın baş məşqçisi postuna təyin olunub. Komanda Almaniya çempionatının ilk turunda səfərdə "Sankt Pauli" ilə 3:3 hesablı heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest