26 Avqust 2025, 17:08
FUTBOL
"Barselona"nın futbolçusu Fermin Lopes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
"Çelsi" ispaniyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. London təmsilçisi 22 yaşlı oyunçu üçün 50 milyon avroluq təklif göndərib.
İspaniya çempionu hələ ki təklifə cavab verməyib.
Qeyd edək ki, Fermin Lopes ötən mövsüm "Barselona"nın heyətində keçirdiyi 46 oyunda 8 qol vurub, 10 qol ötürməsi edib..