"Vulverhempton" "Jirona"nın müdafiəçisi Ladislav Kreyçini transfer etməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. Premyer Liqa təmsilçisi 26 yaşlı çexiyalı futbolçu üçün 30 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Ladislav Kreyçi ötən mövsüm "Jirona"nın heyətində keçirdiyi oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest