"Borussiya" "Çelsi"dən Karni Çukvuemekanı transfer edib.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Dortmund təmsilçisi ingiltərəli yarımmüdafiəçi üçün London klubuna 2o milyon avro ödəyəcək. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Karni Çukvuemeka ötən mövsümün ikinci yarısında icarə əsasında "Borussiya"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest