06 İyun 2019, 12:16
PARİS-2024
Portuqaliya millisi ciddi itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Pepe sıradan çıxıb.
UEFA Millətlər Liqasının İsveçrə ilə yarımfinal qarşılaşmasında zədələnərək əvəzlənən mərkəz müdafiəçisinin durumunun ciddi olduğu bildirilib. Həkimlər 36 yaşlı oyunçunun iyunun 9-da keçiriləcək final görüşünü buraxacağını açıqlayıb.
Qeyd edək ki, İsveçrəni 3:1 hesabı ilə məğlub edən Portuqaliyanın finaldakı rəqibi Hollandiya - İngiltərə matçının qalibi olacaq.