UEFA Millətlər Liqasında həlledici oyunların təyinatları müəyyənləşib. Matc.az saytının məlumatına görə, qitə futbol qurumu 3-cü yer uğrunda görüşün və final qarşılaşmasının hakimlərini açıqlayıb.

İyunun 9-da əvvəlcə İngiltərə ilə İsveçrə arasında keçiriləcək bürünc medal uğrundakı oyunu rumıniyalı Ovidiu Alin Hateqan idarə edəcək.

Portuqaliya - Hollandiya finalı isə ispaniyalı referi Alberto Undiano Malyenkoya tapşırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest