Qurbanovun 4-2-3-1 sistemindən yararlanacağına şübhə yoxdu. Qapıda bir nömrəli qolkiperə çevrilən Vaqner da Silva dayanacaq. Müdafiənin mərkəzində Bədavi Hüseynovun oynayacağı dəqiqdi. Onun yanında isə Rəşad Sadıqovla Yakub Jezniçak arasında seçim aparılır.

Avropa Liqasının qrup mərhələsinin III turunda "Vorskla" ilə qarşılaşacaq "Qarabağ" üçün bu qarşılaşmanın önəmi böyükdü. Matç.az saytının məlumatına görə, Azərbaycan çempionu qrupda "dişinə" görə yeganə komanda olan ukraynalılarla qarşılaşmada ilk qolunu vurmaq və ilk xallarını qazanmaq niyyətindədi.

Poltava təmsilçisinin Bakıya ciddi itkilərlə gəlməsinin fonunda meydan amili ilə yanaşı, "Qarabağ"ın tam heyətlə matça hazır olması ciddi üstünlükdü. Bu amil baş məşqçi Qurban Qurbanovun da işini bir qədər çətinləşdirir. Axşamkı qarşılaşmaya çempionumuzun hansı heyətlə çıxacağı böyük maraq doğurur.

Qurbanovun 4-2-3-1 sistemindən yararlanacağına şübhə yoxdu. Qapıda bir nömrəli qolkiperə çevrilən Vaqner da Silva dayanacaq. Müdafiənin mərkəzində Bədavi Hüseynovun oynayacağı dəqiqdi. Onun yanında isə Rəşad Sadıqovla Yakub Jezniçak arasında seçim aparılır. Qeyri-adi bir şey olmasa, kapitan özü ilk dəqiqələrdən meydana çıxacaq. Maksim Medvedev və Vild-Donald Gerye müvafiq olaraq müdafiənin sağ və sol cinahlarındakı yerlərini tutmalıdılar. Ancaq ikincinin durumu qeyri-müəyyəndi. Gerye hazır olmasa, Ansi Aqolli meydana çıxacaq.

Yarımmüdafiə xətti ilə bağlı da variantlar çoxdu. Qara Qarayev və Miçelin start heyətində yer almaması möcüzə olar. Ancaq Qurbanovun orta sahədə onların yanında kimə şans verəcəyi müəmmadı. Bolqarıstan millisindən yüngül zədə ilə dönən Simeon Slavçevlə son oyunlarda iştirak edən Filip Ozobiç bu yerə namizəd futbolçulardı. İrəlidəki "üçlük" də böyük ölçüdə bəllidi. Abdullah Zubir sol, Mahir Mədətov sağ cinahdan yeganə hücumçu İnnosent Emeqaraya kömək etməlidi. Lakin Mədətovun üzərindəki təzyiqin futbolçuya təsirindən asılı olaraq, onun ehtiyatda qalması da istisna deyil. Belə olarsa, onu Ozobiç və ya Araz Abdullayev əvəz edə bilər.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Vorskla" görüşü 20:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest