24 Sentyabr 2025, 10:40
FUTBOL
İspaniya La Liqasında 6-cı turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Atletik" doğma meydanda "Jirona"nə qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
6 tutdan sonra 10 xal toplayan "Atletik" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 2 xalı olan "Jirona" isə sonuncu yerdədir.
Qeyd edək ki, "Qarabağ"ın "Atletik"lə oyunu oktyabrın 22-də Bakıda baş tutacaq.
"Atletik" - "Jirona" 1:1
Qollar: Mikel Xaureqisar, 48 - Azeddin Unay, 9