Oğrular mətbəxdən daxil olaraq təxminən bir milyon avro dəyərində zinət əşyaları aparıblar. Qarət hadisəsini isə həmin vaxt zirzəmidə işləyən evin mühafizəçisi aşkarlayıb.

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin evi qarət olunub.

Matc.az xəbər verir ki, bu barədə "O Jogo" nəşri məlumat yayıb.

Hadisə şənbə günü saat 16:00-dan 20:00-a qədər olan müddətdə baş verib. Həmin vaxt baş məşqçi və həyat yoldaşı evdə olmayıb.

Məlumata görə, oğrular evə mətbəxdən daxil olaraq təxminən bir milyon avro dəyərində zinət əşyaları aparıblar. Qarət hadisəsini isə həmin vaxt zirzəmidə işləyən evin mühafizəçisi aşkarlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest