24 Sentyabr 2025, 14:18
FUTBOL
Dəyişiklik oyun zamanı yerinə yetirilən penaltilərlə bağlıdır. Qolkiper 11 metrlik zərbəni dəf etdikdə oyun davam etməyəcək. Matç qapıçı vuruşu ilə başlayacaq.
FIFA penalti ilə bağlı qaydaya dəyişiklik etməyə hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist İturralde Qonsales məlumat yayıb.
Dəyişiklik oyun zamanı yerinə yetirilən penaltilərlə bağlıdır. Qolkiper 11 metrlik zərbəni dəf etdikdə oyun davam etməyəcək. Matç qapıçı vuruşu ilə başlayacaq.
FIFA prezidenti Canni İnfantino bununla bağlı Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina ilə müzakirələr aparıb və dəyişikliklə bağlı razılıq əldə olunub.