UEFA Millətlər Liqasının mükafatçıları müəyyənləşib. Matc.az xəbər verir ki, Portuqaliyada təşkil olunmuş "dördlər finalı"nın həlledici görüşündə meydan sahibləri Hollandiya yığması ilə üz-üzə gəlib.

Görüşün taleyini 1 qol həll edib. 60-cı dəqiqədə Qedeşin qolu Portuqaliyaya ilk dəfə təşkil olunan Millətlər Liqasının finalında qələbə qazandırıb.

üçüncü yer uğrunda qarşılaşmada isə İngiltərə İsveçrəni məğlub edib. Matçın əsas və əlavə vaxtında qapılara top vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan britaniyalılar üçüncü yerə sahib çıxıb.

 

 

UEFA Millətlər Liqası
9 iyun
3-cü yer uğrunda görüş

İsveçrə - İngiltərə - 5:6 (penaltilərlə) 
Gimaraynş (Portuqaliya), "Estádio D. Afonso Henriques". Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

 

Final

Portuqaliya - Hollandiya - 1:0
Qol: Qedeş, 60

Portu (Portuqaliya), "Estadio do Dragao". Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest