Millətlər Liqasının rəmzi komandası müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA finalda iştirak edən futbolçulardan 8-ni simvolik komandaya salıb.

Belə ki, çempion Portuqaliya və finalçı Hollandiya hərəyə 4 oyunçu ilə təmsil olunub. Bürünc mükafatçı İngiltərənin 1, 4-cü yeri tutan İsveçrənin isə 2 üzvü simvolik komandaya düşə bilib.

Ən diqqətçəkən məqam Hollandiya yığmasının kapitanı Vircil van Deykin ən yaxşı "11-lik"dən kənarda qalması olub.

Qapıçı: Cordan Pikford (İngiltərə)

Müdafiəçilər: Kevin Mbabu, Manuel Akanji (hər ikisi İsveçrə), Matteys de Liqt (Hollandiya), Rafael Gerreyro, Ruben Dias (hər ikisi Portuqaliya)

Yarımmüdafiəçilər: Frenki de Yonq, Marten de Ron (hər ikisi Hollandiya), Bernardo Silva (Portuqaliya)

Hücumçular: Kriştianu Ronaldo (Portuqaliya), Memfis Depay (Hollandiya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest