21 Oktyabr 2025, 12:17
FUTBOL
"Sportinq"in kapitanı Morten Yulmann karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Team Talk" məlumat yayıb.
"Mançester Yunayted" danimarkalı dayaq yarımmüdafiəçisini transfer etmək istəyir. "Qırmızı şeytanlar" 26 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, Morten Yulmann bu mövsüm "Sportinq"in heyətində keçirdiyi 12 oyunda 1 qol vurub. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.