21 Oktyabr 2025, 14:14
FUTBOL
"Bavariya" baş məşqçi Vensan Kompaninin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Belçikalı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Vensan Kompani 2024-cü ilin yayında "Bavariya"nın baş məşqçisi təyin olunub. Münhen təmsilçisi ötən mövsüm onun rəhbərliyi altında Bundesliqada çempion olub.