"Qarabağ"ın danışıq apardığı ispan hücumçu Xayme Romero Qomez klubundan ayrılıb. Matc.az saytının məlumatına görə, bu barədə oyunçunun məxsus olduğu "Kordoba" rəsmi açıqlama verib.

Klubun tvitter səhifəsindən bildirilib ki, onunla yollar ayrılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu vaxtilə İspaniyanın U-19 yığmasına cəlb olunub. Amma burada karyerası cəmi 6 dəqiqədən ibarət olub. Karyerasına "Albasete"də başlayan solaxay oyunçu həmçinin "Saraqosa", "Real"ın B komandası, İtaliyanın "Bari" və "Udineze" və Türkiyədə "Orduspor" kimi klublarının şərəfini qoruyub. "Deportivo Luqo"da icarədə oynayan Xayme son çempionatda "Kordoba"nın heyətində 22 matça çıxıb və 8 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest