"Real" Eden Azarı azarkeşlərinə təqdim edib. Matc.az saytının məlumatına görə, Madrid klubu belçikalı oyunçu üçün "Santyaqo Bernabeu" stadionunda böyük mərasim təşkil edib.

Fanatlar yarımmüdafiəçi üçün stadionu doldurublar. Amma tədbir sadəcə bununla kifayətlənməyib. Madrid klubunun azarkeşləri birağızdan "Mbappeni də istəyirik" deyə şüarlar səsləndiriblər.

Qeyd edək ki, "Real" Eden Azarla 2024-cü ilə kimi müqavilə imzalayıb. Onun üçün "çelsi"yə 100 milyon avro ödənilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest