Serbiya millisinin baş məşqçisi Mladen Krstaiç qovulub. Matc.az saytının məlumatına görə, buna səbəb yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışıdı.

45 yaşlı mütəxəssisin taleyi haqqında qərar bugünkü iclasda qəbul olunub.

Qeyd edək ki, Mladen Krstaiç 2017-ci ildən Serbiya millisini çalışdırırdı. Komanda AVRO-2020-nin seçmə mərhələsində 3 oyuna 4 xal toplayaraq qrupda 3-cü yerdə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest