Massimiliano Alleqri gələn mövsüm klub çalışdırmayacaq. Matc.az saytının məlumatına görə, "Yuventus"un keçmiş baş məşqçisi bu barədə özü açıqlama verib.

"Football İtalia"ya danışan mütəxəssis yorulduğunu və bir illik fasilə götürəcəyini deyib: "Bir illik fasilə götürmək və vaxtımı dostlarıma, ailəmə və uşaqlarıma ayırmaq istəyirəm. Son 16 ildə özümü əls blender kimi hiss edirəm. Bəzən elə vaxt gəlir ki, sadəcə dostlarına və ailənə ehtiyacın olur. Bir ili onlarla birlikdə keçirib, yeni futbol mövsümlərinə hazırlaşmaq istəyirəm".

Qeyd edək ki, 2014-2019-cu illərdə arıdıcl 5 mövsüm "Yuventus"u çalışdıran Alleqri mövsümün sonunda istefaya göndərilmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest