Bundesliqa təmsilçisi "Maynts" heyətinə yeni oyunçu cəlb edib. Matc.az saytının məlumatına görə, sözügedən klub "Monako"nun müdafiəçisi Ronael Pyer-Qabrieli heyətinə qatıb.

Bu barədə klub rəsmi açıqlama verib.

21 yaşlı futbolçu ilə müqavilənin müddəti 2024-cü ilin yayına qədərdi.

Transferin digər detalları barədə məlumat verilmir.

Qeyd edək ki, "Sent-Etyen"in yetirməsi olan fransalı futbolçu, 2018-ci ildən "Monako"da çıxış edirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest