Mauritsio Sarrinin "Yuventus"a keçidi reallaşmaq üzrədir. Matc.az saytının məlumatına görə, bu barədə məşhur italiyalı jurnalist Canluka Di Marzio xəbər yayıb.

Bildirilib ki, artıq "çelsi" və "Yuve" keçidlə bağlı razılığa gəliblər. Hətta hazırda italiyalıların idman direktoru Fabio Paratiçi və "çelsi"nin direktoru Marina Qranovski detalları razılaşdırmaqla məşğuldurlar.

Gözlənilir ki, bu gün Sarri londonlularla müqaviləsini ləğv edəcək.

Qeyd edək ki, Mauritsio Sarri 2018-ci ildən "çelsi"ni çalışdırır. O, bir ildə London klubu ilə Premyer Liqanın bürünc medalını və Avropa Liqasını qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest