"Aston Villa" heyətini daha bir futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, yenidən Premyer Liqaya yüksələn komanda "Brügge"nin hücumçusu Uesli Moraeşi transfer edib.

Futbolçu yaxın günlərdə rəsmi müqaviləyə imza atacaq. Bu keçid Birmingem klubuna 22 milyon funt-sterlinqə başa gəlib. Uesli geridə qalan mövsümdə Belçika çempionatında 17 qola imza atıb. Braziliyalı forvard 2016-cı ildən "Brügge"nin şərəfini qoruyurdu.

Qeyd edək ki, "Aston Villa" bundan əvvəl "Lill"dən Ənvar əl-Qazini transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest