"Bavariya"nın və İngiltərə millisinin hücumçusu Harri Keyn bu mövsüm "Qızıl top"u qazanma ehtimalı barədə danışıb.
Matc.az xəbər verir ki, o, bunun üçün mütləq kubok qazanmalı olduğunu deyib.
"Bu mövsüm 100 qol vura bilərəm, amma Çempionlar Liqasını və ya dünya çempionatını qazanmasam, yəqin ki, "Qızıl top"u qazana bilməyəcəyəm. Haland və digər oyunçularla da eyni vəziyyətdir. Böyük kubokları qazanmalısan. "Bavariya" üçün mövsümün necə keçdiyinə baxanda, əla formada olduğumuzu görürük. Biz Çempionlar Liqasını qazanmaq üçün əsas favoritlərdən biriyik. Bəlkə də bu, şanslarımı bir az artırır. Eyni şey İngiltərə üçün də keçərlidir. Düşünürəm ki, turnirə favoritlərdən biri kimi qatılacağıq".
Qeyd edək ki, bu mövsüm Keyn Münhen klubunun heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 23 qol vurub və 3 məhsuldar ötürmə edib. İngiltərə millisinin tərkibində isə o, 2026-cı il dünya çempionatının seçmə mərhələsində 7 oyun keçirib və 6 qol vurub.












