Tofiq Bəhramov adına Respublika Stadionunun qonaq sektorunda 1443 niderlandlı azarkeşi yer alacaq.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Qarabağ"ın qonağı olacaq "Ayaks"ı Bakıda xeyli sayda azarkeş dəstəkləyəcək.
Matc.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunun qonaq sektorunda 1443 niderlandlı azarkeşi yer alacaq.
Ümumilikdə qonaq azarkeşlər üçün 1970 bilet ayrılıb. Lakin vizanın alınması, uzun məsafə, səfərin bahalı olması və işdən məzuniyyət tələb etməsi səbəbindən sektorun tam dolması əvvəlcədən də gözlənilmirdi. Buna baxmayaraq, 1400-dən çox "Ayaks" fanatı çətin səfər marşrutuna razılıq verərək komandalarını dəstəkləməyə gələcək.
Bu, ötən mövsümlə müqayisədə xeyli artımdır. Həmin vaxt Avropa Liqasının Bakıda baş tutan "Qarabağ" – "Ayaks" (0:3) oyununa cəmi 450 Amsterdam azarkeşi gəlmişdi.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov asına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Ayaks" matçı saat 21:45-də başlayacaq.












