Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 18-də keçiriləcək Cəbəllütariq ­– Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Matc.az xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:00-da "Europa Point Stadium"da baş tutacaq.

Avropa çempionatı
U-21, seçmə mərhələ
18 noyabr

22:00. Cəbəllütariq – Azərbaycan
Baş hakim: Andrei Çivulete
Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mixayta Nekula
Dördüncü hakim: George Katalin Roman
"Europa Point Stadium"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest