Niderlandlı mütəxəssis Dik Advokat Kyurasao milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Matc.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Advokat ailə vəziyyəti ilə əlaqədar vəzifəsindən ayrılıb.

"Bu qərarı çətinliklə verməli oldum, amma ailə futboldan daha vacibdir. Niderlandda heyətlə sıx əlaqələr saxlayacağam və bu oyunçu qrupuna tam etibar edəcəyəm", - deyə Advokat bildirib.

Qeyd edək ki, 78 yaşlı Advokat 2024-cü ilin yanvar ayından bəri komandanın baş məşqçisi vəzifəsində çalışırdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest