16 Noyabr 2025, 18:47
FUTBOL
İspaniya ilə keçiriləcək DÇ-2026-nın Avropa zonası təsnifat mərhələsinin son turundan qabaq Türkiyə millisinin heyətində dəyişiklik edilib.
Matc.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının açıqlamasına əsasən, Hakan Çalhanoğlu Bolqarıstanla oyunda sağ əl biləyindən aldığı zədə səbəbilə heyətdən kənarlaşdırılıb.
Çalhanoğlunun yerinə İsak Vural və Yusuf Akçiçek əsas komandanın heyətinə daxil edilib.












