17 Noyabr 2025, 01:27
FUTBOL
"Real" müdafiəçiləri David Alaba və Antonio Rudiger ilə yollarını ayıra bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS nəşri paylaşıb.
Alabaya Yaxın Şərq klublarından təkliflər var. O, yüksək maaşla bağlı danışıqlar aparır, lakin oyunçunun hələ də "Real"dan zəng gözlədiyi bildirilir. O, yaxın bir neçə ay ərzində gələcəyi ilə bağlı qərar verməyi planlaşdırır.
Madrid klubunun zədə tarixçələrinə görə Alaba və Rudigeri heyətdə saxlamağa tərəddüt edir. Hər iki oyunçunun klubla müqaviləsi 2026-cı ilin iyun ayında bitir.


_1763344450.jpg)









