"Lempardla birlikdə oynadığım zaman onun bir gün baş məşqçi olacağını təsəvvür etmirdim. Frank mənim üçün əsl sürpriz oldu. Amma "Derbi"də çox uğurlu işlər gördü. Futbol oynadığımız dövrdə çox sakit idi və özünü qoruyurdu".

"çelsi"nin baş məşqçisi Mauritsio Sarri "Yuventus"un "sükanı arxası"na keçməyə hazırlaşır. Matc.az saytı xəbər verir ki, artıq yeni çalışdırıcı axtarışına çıxan "zadəganlar" əfsanəvi futbolçuları Frenk Lempardı bu posta gətirməyi düşünür.

London klubunda vaxtilə Lempardla birlikdə oynamış tanınmış futbolçular mümkün keçidə münasibət bildirib. Hazırda "Səbail"in formasını geyinən Maykl Essyen keçmiş komanda yoldaşının paytaxt təmsilçisində uğur qazanacağına inanır.

O, "Derbi"nin çalışdırıcısının "çelsi"ni yeni zəfərlərə daşıyacaq səviyyədə olduğunu düşünür: "Lempardla birlikdə oynadığım zaman onun bir gün baş məşqçi olacağını təsəvvür etmirdim. Frank mənim üçün əsl sürpriz oldu. Amma "Derbi"də çox uğurlu işlər gördü. Futbol oynadığımız dövrdə çox sakit idi və özünü qoruyurdu. Baş məşqçi kimi isə çox yaxşı başlanğıc etdi. Niyə də "çelsi"ni çalışdırmasın? Futbol sürprizlərlə doludu, hər şey ola bilər. Bu baş verərsə, "çelsi"də uğur qazanar. çünki klubu, ətrafdakıları çox yaxşı bilir".

Qeyd edək ki, Maykl Essyen 2005-2014-cü illərdə "çelsi"də Frank Lempardla çiyin-çiyinə çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest