"Barselona"nın yarımmüdafiəçisi Andre Qomes birdəfəlik İngiltərəyə köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Portuqaliya millisinin üzvü "Everton"a keçmək üzrədi.

ötən mövsümü icarə əsasında Liverpul təmsilçisində keçirən Qomesin çıxışı klub rəhbərliyini qane edib. Bu səbəbdən "Everton" onun birdəfəlik transferi üçün qarşı tərəflə danışıqlara başlayıb. Klublar 30 milyon avroda ortaq məxrəcə gəliblər. 26 yaşlı oyunçu tezliklə "Everton"la uzunmüddətli müqavilə imzalayacaq.

Qeyd edək ki, "Barselona" Andre Qomesi 2016-cı ildə "Valensiya"dan transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest