19 Noyabr 2025, 16:54
FUTBOL
"Arsenal"ın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Premyer Liqanın liderinin aparıcı oyunçularından olan Qabriel Maqalyaes sıradan çıxıb.
27 yaşlı mərkəz müdafiəçisi Braziliya millisinin Seneqalla keçirdiyi yoxlama oyununda zədələnib. Təcrübəli futbolçunun 1-2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Qabriel Maqalyaes bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 17 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.







_1763570628.jpg)




